Portuqaliya millisi əlverişsiz hava şəraiti səbəbindən axşam məşqini və mətbuat konfransını ləğv etmək məcburiyyətində qalıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Komandanın təlim-məşq düşərgəsi ABŞ-nin Florida ştatının Palm Biç Qardens şəhərində yerləşir. Hava şəraitinin qəfil pisləşməsi və güclü tufan təhlükəsi səbəbindən Mateus Nunesin iştirakı ilə keçirilməsi nəzərdə tutulan mətbuat konfransı baş tutmayıb. Konfransdan sonra planlaşdırılan məşq də ləğv edilib.
Təhlükəsizlik məqsədilə məşq bazasının yaxınlığında qurulmuş çadır boşaldılıb, jurnalistlər və təşkilat komitəsinin üzvləri isə avtomobillərinə yönləndirilib.
Qeyd edək ki, iyunun 11-də start götürən və iyulun 19-dək davam edəcək DÇ-2026-da Portuqaliya K qrupunda mübarizə aparır. Komanda qrup mərhələsində Konqo Demokratik Respublikası (17 iyun), Özbəkistan (23 iyun) və Kolumbiya (27 iyun) ilə qarşılaşacaq.
