“Turan Tovuz” Xorvatiya klubunun futbolçusu ilə maraqlanır

15 İyun 2026 13:26
113
“Turan Tovuz” Xorvatiya klubunun futbolçusu ilə maraqlanır

“Varajdin”in futbolçusu, başa çatan mövsümün yarısını “Zirə”də icarə əsasında keçirmiş Rüfət Abdullazadə “Turan Tovuz”a keçə bilər.

İdman.Biz sportal.az-a istinadən xəbər verir ki, “Turan Tovuz” yarımmüdafiəçini heyətinə qatmaq üçün danışıqlar aparmağı planlaşdırır.

Kurban Berdiyev hələ futbolçu “Səbail”də oynayarkən onu sərəncamında görmək istəyirdi.

“Zirə”də cəmi yeddi görüşdə meydana çıxmış Abdullazadənin yeni mövsümün hazırlıqlarına “Varajdin”də başlamaq ehtimalı da yüksəkdir.

Onun “Turan Tovuz”da icarə əsasında oynamaq ehtimalı da az deyil.

Abdullazadə “Zirə”dən savayı, Azərbaycanda “Sumqayıt” və “Səbail” klublarında oynayıb. Rüfətin Xorvatiya klubu ilə müqavilə müddəti 2028-c il mayın 31-nə qədərdir.

İdman.Biz