“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, Tovuz təmsilçisi serbiyalı müdafiəçi Filip Damyanoviçi transfer edib.
28 yaşlı oyunçu ilə iki illik müqavilə imzalanıb.
Son olaraq Sloveniyanın “Koper” klubunda çıxış edən Damyanoviç karyerası ərzində Serbiyada “İMT Novi Beoqrad” və “Vojdovats”, Türkiyədə isə “Konyaspor”un formasını geyinib.
