AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən yeni təyinat alıb.
İdman.Biz xəbər verir ki, o, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək Gürcüstanın “İberia” və Şimali İrlandiyanın “Larne” komandaları arasındakı oyunun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma 11 avqustda Tbilisidə yerləşən “Mixail Mesxi” stadionunda keçiriləcək.
