“Qarabağ” futbol akademiyasında məşqçilər müəyyənləşdi

6 Avqust 2026 13:37
99
“Qarabağ” futbol akademiyasında məşqçilər müəyyənləşdi

“Qarabağ” futbol akademiyasının 2026-2027-ci illər mövsümü üçün məşqçi heyəti müəyyənləşib.

İdman.Biz xəbər verir ki, akademiya komandaları koordinator Aftandil Hacıyevin rəhbərliyi altında fəaliyyət göstərəcək.

Koordinator köməkçiləri və seleksionerlər İlkin Hüseynov, Yaşar Hüseynov, Vəli Hüseynov və Baba Əsgərov olacaqlar.

“Qarabağ”ın əvəzedici komandasının baş məşqçisi vəzifəsi Maksim Medvedevə həvalə edilib. Ona Xəyal Həsənov kömək edəcək. Muarem Zekir qapıçıların hazırlığına cavabdeh olacaq, Anar Səfərov isə analitik kimi fəaliyyət göstərəcək.

U-19 komandasına Rəşad Sadiqov rəhbərlik edəcək. Səbuhi Həsənov məşqçi, Əli Həsənli isə qapıçı məşqçisi olacaq.

U-17 komandasının baş məşqçisi Samir Musayev təyin edilib. Nicat Abbasov məşqçi, Oruc Quliyev qapıçı məşqçisi kimi çalışacaq.

U-16 komandasında baş məşqçi vəzifəsini Emin Mollayev yerinə yetirəcək. Samir Qasımov məşqçi, Həsən Hüseynov isə qapıçı məşqçisi olacaq.

U-15 komandasına Asif Əlizadə rəhbərlik edəcək. Elmir Mirzəyev məşqçi, Emin Kazımov qapıçı məşqçisi təyin olunub.

U-14 komandasının baş məşqçisi Elçin Rəhimli, məşqçisi isə İbrahim Aslanlı olacaq.

U-13 komandasına Şöhrət Yusifov, U-12-yə Ülvi Tarverdiyev, U-11-ə Asiman Yusubov, U-10 komandasına isə baş məşqçisi kimi Əlibəy Məmmədli təyin olunub.

U-9 komandasına Salman Atluxanov, U-8-ə isə Əziz Mikayılov rəhbərlik edəcək.

İdman.Biz