Slavik Alxasov “Araz-Naxçıvan”dan ayrıldı

6 Avqust 2026 14:33
107
Slavik Alxasov “Araz-Naxçıvan”dan ayrıldı

Azərbaycanın “Araz-Naxçıvan” futbol komandası Slavik Alxasovla yollarını ayırıb.

İdman.Biz xəbər verir ki, müdafiəçi ilə bağlanmış müqaviləyə onun öz xahişi əsasında xitam verilib.

Tərəflər iyunun əvvəlində 2026/2027 mövsümünü əhatə edən birillik yeni müqavilə imzalayıblar. Lakin futbolçu mövsümün başlamasına az qalmış komandadan ayrılmaq qərarına gəlib.

Slavik Alxasov 2024-cü ilin yayında “Araz-Naxçıvan”a qoşulub və son iki mövsümü Naxçıvan təmsilçisinin heyətində keçirib. Sol cinah müdafiəçisi ötən mövsüm Azərbaycan Premyer Liqasında 24 oyunda meydana çıxıb, iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

33 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt”, “Xəzər Lənkəran”, “Keşlə”, “Sabah”, “Zirə” və “Turan Tovuz” komandalarında da çıxış edib. O, “Keşlə” ilə 2017/2018 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.

İdman.Biz