Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb

6 Avqust 2026 18:36
83
Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Bu barədə İdman.Biz AFFA-ya istinadən bildirir.

O, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində avqustun 13-də keçiriləcək “Eqnatia” (Albaniya) - “Şemrok Rovers” (İrlandiya) oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma Albaniyanın Rroqojine şəhərində yerləşən “Eqnatia” stadionunda baş tutacaq.

İdman.Biz