Niderlandın PSV klubunun yarımmüdafiəçisi İsmayıl Saibari karyerasını Almaniyanın "Bavariya" klubunda davam etdirəcək.
İdman.Biz insayder Fabritsio Romanoya istinadın xəbər verir ki, 25 yaşlı mərakeşli futbolçunun transferi ilə bağlı razılığa gəliblər. Keçidin məbləği 55 milyon avro təşkil edəcək.
Hazırda Mərakeş millisinin heyətində dünya çempionatında iştirak edən Saybari ABŞ-də tibbi müayinədən keçəcək. Bundan sonra o, Almaniya nəhəngi ilə müqavilə imzalayacaq. Bildirilir ki, transfer tam razılaşdırılıb.
PSV akademiyasının yetirməsi olan Saybari 2020-ci ildən əsas komandada çıxış edirdi. O, ötən mövsüm Erediviziyada 21 oyunda 12 qol vurub və beş məhsuldar ötürmə edib. Futbolçu həmçinin Çempionlar Liqasında keçirdiyi yeddi matçda üç qola imza atıb. Ümumilikdə isə bütün turnirlərdə mövsümü 19 qolla başa vurub.
Mərakeş millisinin üzvü olan Saybari hazırda DÇ-2026-da çıxış edir.
