Futbol üzrə Yaponiya millisinin azarkeşləri dünya çempionatında növbəti dəfə davranışları ilə diqqət çəkiblər.
İdman.Biz xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsində Niderlandla keçirilən və 2:2 hesabı ilə başa çatan oyundan sonra yapon azarkeşlər tribunaları tərk etməyərək sektoru təmizləyib, zibilləri toplayıblar.
Qeyd edək ki, Yaponiya azarkeşlərinin bu davranışı artıq böyük beynəlxalq turnirlərdə ənənəyə çevrilib. Onlar komandalarının nəticəsindən asılı olmayaraq, matçlardan sonra tribunaları təmizləyirlər.
Qeyd edək ki, Niderlandla qarşılaşmada yaponlar iki dəfə hesabda geri düşsələr də, məğlubiyyətdən yayınaraq 2:2 hesablı heç-heçə əldə ediblər.
