“Neftçi”dən ayrılan Murad Məmmədov Kipr klubuna transfer oldu

15 İyun 2026 15:15
86
“Neftçi”dən ayrılan Murad Məmmədov Kipr klubuna transfer oldu

“Neftçi”dən ayrılan Murad Məmmədov karyerasını Kiprdə davam etdirəcək.

İdman.Biz xəbər verir ki, 20 yaşlı vinger “Pafos” klubu ilə rəsmi müqavilə imzalayıb.

Tərəflər arasında bağlanan sözləşmənin müddəti 2030-cu ilin iyununa qədər nəzərdə tutulub.

Qeyd edək ki, “Neftçi” klubunun yetirməsi olan istedadlı yarımmüdafiəçi həmçinin Azərbaycanın U-21 millisinin də üzvüdür.

İdman.Biz