Pirs Morqan Ronaldunun cərimələnməsinə istehza ilə reaksiya verdi

20 Oktyabr 2026 00:31
162
Pirs Morqan Ronaldunun cərimələnməsinə istehza ilə reaksiya verdi

Britaniyalı jurnalist Pirs Morqan Portuqaliya Futbol Federasiyasının Kriştianu Ronaldunu cərimələməsinə istehzalı münasibət bildirib.

İdman.Biz xəbər verir ki, futbolçu oktyabr ayında milli komandanın düşərgəsini icazəsiz tərk etdiyinə görə 255 avro (təxminən 505 manat) məbləğində cərimələnib.

Morqan insayder Fabrizio Romanonun bu barədə paylaşımını X sosial şəbəkəsində yayımlayaraq Ronaldunun ünvanına zarafatla yazıb:

“Kriştianu, cəriməni ödəməkdə sənə kömək edə bilərəm”.

Qeyd edək ki, Ronaldu 2003-cü ildən Portuqaliya millisində çıxış edir. O, yığma ilə 2016-cı ildə Avropa çempionu olub və iki dəfə Millətlər Liqasının qalibi adını qazanıb. Təcrübəli hücumçu milli komandada keçirdiyi 234 oyunda 146 qol vurub və 45 məhsuldar ötürmə edib.

İdman.Biz