Türkiyə Birinci Liqasının 11-ci turunda Azərbaycan millisinin futbolçusu Toral Bayramovun çıxış etdiyi “Bursaspor” növbəti qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, Bursa təmsilçisi doğma meydanda “Pendikspor”u 2:0 hesabı ilə məğlub edib.
“Atatürk Spor Kompleksi Matlı” stadionunda keçirilən qarşılaşmada hesabı onuncu dəqiqədə Halil Akbunar açıb. 62-ci dəqiqədə isə Keleçi İheanaço fərqi artıraraq yekun nəticəni müəyyənləşdirib.
Toral Bayramov 77-ci dəqiqədə meydana daxil olub.
Bu qələbə sayəsində “Bursaspor” 25 xalla ikinci pillədəki mövqeyini qoruyub. Komanda lider “Kayserispor”dan cəmi bir xal geri qalır.
On xalı olan “Pendikspor” isə 17-ci sırada qərarlaşıb.
Növbəti turda “Bursaspor” səfərdə “Keçiörengücü” ilə qarşılaşacaq.
