Portuqaliya millisindən 30 günlük diskvalifikasiya olunması barədə xəbərlər yayılan Kriştianu Ronaldu sosial şəbəkədə yeni paylaşım edib.
İdman.Biz “Championat”a istinadən xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu X hesabında klubunun məşqindən fotolar dərc edib.
41 yaşlı futbolçu şəkilləri qısa ifadə ilə müşayiət edib:
“Çox çalışıram”.
Xatırladaq ki, Ronaldu Portuqaliya millisinin Danimarka ilə Millətlər Liqası matçından (4:2) əvvəl düşərgəni tərk edib. Baş məşqçi Jorje Jezuş isə futbolçu ilə hər hansı münaqişənin olmadığını bildirib.
Portuqaliya Futbol Federasiyası hücumçunu 30 günlük diskvalifikasiya edib və 255 avro məbləğində cərimələyib.
