“Tottenhem” nəhayət qalib gəldi - London klubu təhlükəli zonadan çıxdı - VİDEO

20 Oktyabr 2026 01:05
188
“Tottenhem” nəhayət qalib gəldi - London klubu təhlükəli zonadan çıxdı

İngiltərə Premyer Liqasının yeddinci turunun son qarşılaşmasında “Tottenhem” doğma meydanda “Koventri Siti”ni 3:1 hesabı ilə məğlub edərək düşmə zonasını tərk edib.

İdman.Biz xəbər verir ki, Londonda keçirilən görüşdə hesabı 14-cü dəqiqədə Ceyms Meddison açıb. O, Məhəmməd Kudusun ötürməsini qolla tamamlayıb.

İkinci hissənin əvvəlində, 49-cu dəqiqədə Cek Rudoni tarazlığı bərpa etsə də, 58-ci dəqiqədə Omar Marmuş meydan sahiblərini yenidən önə keçirib.

Matçın yekun hesabını isə 90+6-cı dəqiqədə Ben Devis müəyyənləşdirib.

Beləliklə, “Tottenhem” mövsümdə ilk qələbəsini qazanaraq son pilləni tərk edib. Hərəyə altı xal toplayan “Tottenhem” və “Koventri Siti” turnir cədvəlində müvafiq olaraq 16-cı və 17-ci pillələrdə qərarlaşıblar.

İdman.Biz