U-20 dünya çempionatının keçiriləcəyi ölkələr AÇIQLANDI

29 Aprel 2026 17:57
160
U-20 dünya çempionatının keçiriləcəyi ölkələr AÇIQLANDI

Gənclər arasında futbol üzrə dünya çempionatı 2029-cu ildə Azərbaycana qonşu olan ölkələrdə keçiriləcək.

İdman.Biz xəbər verir ki, məlumatı FIFA-nın mətbuat xidməti yayıb.

U-20 dünya çempionatı 3 il sonra Gürcüstan və Ermənistanda keçiriləcək.

Bu, FIFA tərəfindən bu ölkələrdə keçiriləcək ilk belə turnir olacaq.

Sonuncu dünya çempionatı 2025-ci ildə Çilidə keçirilib. Qızıl medalı Mərakeş qazanıb. Final matçında mərakeşlilər Argentinanı 2:0 hesabı ilə məğlub edib.

2027-ci ildə isə mundial Azərbaycan və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutacaq.

İdman.Biz
Məqalədə: