Şevalye PSJ-ni tərk etməyə hazırlaşır

29 Aprel 2026 13:15
172
Şevalye PSJ-ni tərk etməyə hazırlaşır

PSJ klubunun qapıçısı Lukas Şevalye mövsümün sonunda klubdan ayrıla bilər.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, 24 yaşlı fransız qolkiper cari mövsümdə əsas heyətdəki yerini itirib və rusiyalı qapıçı Matvey Safonova uduzaraq ikinci seçimə çevrilib. Bu vəziyyət futbolçunun narazılığına səbəb olub.

Şevalye ötən yay Paris klubuna qoşulub və bu mövsüm 17 oyuna çıxaraq qapısında 13 qol görüb.

Onun PSJ ilə müqaviləsi 2030-cu ilin iyununa qədər nəzərdə tutulub. Buna baxmayaraq, futbolçunun hazırkı statusundan razı olmadığı və klubdan ayrılma variantını nəzərdən keçirdiyi bildirilir.

İdman.Biz
Məqalədə: