“Kəpəz”in futbolçusu “Şəfa”ya keçir

29 Aprel 2026 13:50
160
“Kəpəz”in futbolçusu “Şəfa”ya keçir

“Kəpəz”in futbolçusu Şakir Seyidov mövsümün sonunda klubunu dəyişməyi düşünür.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi Premyer Liqanın başqa klubundan sərfəli təklif alıb.

O, karyerasını Birinci Liqanın lideri “Şəfa”da davam etdirə bilər. Seyidov artıq Bakı klubu ilə danışıqlara başlayıb. “Şəfa” Premyer Liqaya vəsiqə qazanacağı təqdirdə, futbolçu ilə müqavilə imzalanacaq.

Qeyd edək ki, 25 yaşlı futbolçunun “Kəpəz”lə müqaviləsi 2027-ci ildə başa çatır.

İdman.Biz