FIFA DÇ-2026-da ciddi yeniliklər tətbiq etməyi planlaşdırır.
İdman.Biz IFAB (International Football Association Board) saytına istinadən xəbər verir ki, rəqib oyunçu və ya hakimlə mübahisə zamanı ağzını əli ilə örtərək danışan futbolçular qırmızı vərəqə ilə cəzalandırılacaqlar.
Mənbənin məlumatına görə, həmçinin hakimin qərarlarına etiraz əlaməti olaraq meydanı özbaşına tərk edən oyunçuların da birbaşa meydandan kənarlaşdırılması nəzərdə tutulur.
Vurğulanır ki, sözügedən yeniliklərdən eksklüziv olaraq qarşıdakı dünya çempionatında istifadə olunacaq.
Qeyd edək ki, turnir 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadanın ev sahibliyi ilə keçiriləcək.
