KİV: Kukurelya “Barselona”ya qayıdır

29 Aprel 2026 10:48
160
KİV: Kukurelya “Barselona”ya qayıdır

Marko Kukureliya karyerasını “Barselona”da davam etdirmək variantına müsbət yanaşır.

İspaniya KİV-i yazır ki, ispan futbolçunun mümkün qayıdışı ilə bağlı xəbərlər getdikcə daha da aktuallaşır.

27 yaşlı sol cinah müdafiəçisi “Çelsi”dən ayrılmağı düşünür. Bu qərar klubda baş məşqçi Enzo Mareskanın gedişindən sonra yaranmış vəziyyətlə əlaqələndirilir.

Mənbənin məlumatına görə, Kukurelya “Barselona”ya qayıtmağa hazırdır və bunu “evə dönüş” kimi qiymətləndirir. Bununla belə, katalon klubunun idman direktoru Deco ilə hələlik rəsmi danışıqlar aparılmayıb.

Bildirilir ki, “Çelsi” futbolçu üçün təxminən 50 milyon avro tələb edəcək.

İdman.Biz