Levandovski: “Barselonaya keçid karyeramın ən çətin qərarlarından biri idi”

29 Aprel 2026 09:33
154
Levandovski: “Barselonaya keçid karyeramın ən çətin qərarlarından biri idi”

Polşalı hücumçu Robert Levandovski “Barselona”ya keçidi ilə bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, o, bu qərarın karyerasında ən çətin seçimlərdən biri olduğunu etiraf edib.

Hücumçu bildirib ki, “Bavariya”da çıxış etdiyi dövrdə bütün mümkün titulları qazandıqdan sonra yeni çağırışa ehtiyac duyub və “Barselona”ya keçməyin vaxtının çatdığını anlayıb.

Levandovski həmin dövrdə katalon klubunun ciddi problemlərlə üzləşdiyini də vurğulayıb: “Klub maliyyə və sistem baxımından çətin vəziyyətdə idi. Keçidimdən əvvəlki mövsümdə onlara qarşı oynayanda meydanda komandanın nəyinsə çatışmadığını hiss etdim”.

O əlavə edib ki, “Barselona” artıq əvvəlki kimi deyildi, lakin həm Münhendə, həm də Barselonada olarkən bu komandaya qoşulub onun əvvəlki şöhrətini qaytarmağa kömək edə biləcəyini düşünüb.

İdman.Biz