“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında baş tutan PSJ - “Bavariya”(5:4) yarımfinal oyundan sonra açıqlama verib.
İdman.Biz xəbər verir ki, ingiltərəli hücumçu meydanda xüsusilə hücum və keçid oyunlarında çox keyfiyyətli futbol nümayiş olunduğunu bildirib.
“Bu gün meydanda iki ən yüksək səviyyəli komandanı gördük. Sürət, intensivlik və təkbətək mübarizələrdə böyük dinamika var idi. Hər iki tərəf bərabər səviyyədə mübarizə apardı”, – deyə Keyn vurğulayıb.
Hücumçu qeyd edib ki, komandası oyunun gedişində hesabı daha tez həll edə bilərdi: “Elə anlar oldu ki, oyunu daha erkən bitirə bilərdik. Amma səfərdə 5:2 geri düşdükdən sonra 5:4-ə qayıtmaqla fəxr edirik. Bu, çox çətin vəziyyət idi, lakin mübarizə apardıq və yenidən oyuna döndük”.
Keyn əlavə edib ki, son ötürmə və tamamlamalarda daha soyuqqanlı olmalı idilər: “Matçın gedişində getdikcə daha yaxşı oynadığımızı hiss edirdik, rəqib də yorulmağa başlamışdı. Sadəcə eyni intensivliyi qorumaq lazımdır. Gələn həftə bizə bundan da artığı lazım olacaq”.
