“Sumqayıt”ın forvardı: “Səkkiz penaltidən beşini vura bilməməyimiz təsadüfdür”

29 Aprel 2026 12:58
174
“Sumqayıt”ın forvardı: “Səkkiz penaltidən beşini vura bilməməyimiz təsadüfdür”

“Sumqayıt” komandasının cari mövsümdə səkkiz penaltidən beşini boşa verməsi təsadüfdür”.

Bu barədə “gənclik şəhəri” təmsilçisinin futbolçusu Rüstəm Əhmədzadə deyib.

25 yaşlı hücumçu Misli Premyer Liqasında 11 metrlik cərimə zərbələri zamanı şanssız olduqlarını bildirib.

“Penaltilər “lotereya”dır. Səkkiz zərbədən yararlana bilməməyimiz, sadəcə, təsadüfdür. Bu baxımdan şans bizim tərəfimizdə deyil”, - deyə o, report.az-a açıqlamasında söyləyib.

R.Əhmədzadə komandanın ardıcıl iki matçda qalib gəlməsinə də toxunub:

“Düşünürəm ki, növbəti matç bizim üçün çox önəmlidir. Qalib gəlməliyik. İstədiyimiz nəticəni əldə etsək, böhrandan çıxdığımızı deyə bilərik. Bir müddət uğursuzluqla üzləşdik. Belə olmasaydı, bəlkə də avrokuboklar üçün şanslarımız qalardı”.

Qeyd edək ki, bir komandanın mövsümdə beş penaltidən yararlanmaması turnirdə 21-ci əsrin antirekordudur.

İdman.Biz