Könül Mehdiyeva “Barselona” - “Bavariya” oyununa təyinat alıb

29 Aprel 2026 14:30
226
Könül Mehdiyeva “Barselona” - “Bavariya” oyununa təyinat alıb

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

O, qadınlar arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçiriləcək “Barselona” (İspaniya) - “Bavariya” (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş mayın 3-də Barselona şəhərində yerləşən “Nou Kamp” stadionunda keçiriləcək.

İdman.Biz