Türkiyəli general-mayor Mete Kuş vəzifəsindən uzaqlaşdırılıb.
İdman.Biz xəbər verir ki, onun Konya şəhərində keçirilən Ziraat Türkiyə Kubokunun “Konyaspor”- “Fənərbağça” oyunu zamanı(1:0) helikopterə aşağı hündürlükdə uçuş əmri verdiyi müəyyən edilib.
Məlumata görə, bu göstəriş qonaq komandanın diqqətini yayındırmaq və narahatlıq yaratmaq məqsədi daşıyıb.
Bildirilir ki, general “Konyaspor”un azarkeşidir və qərarın məhz bu səbəbdən verildiyi ehtimal olunur.
Hadisə ilə bağlı araşdırma aparılıb və nəticədə Mete Kuş tutduğu vəzifədən kənarlaşdırılıb.
