“Sabah”ın zədəli oyunçusu yaşıl meydana nə zaman qayıdır? - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

29 Aprel 2026 17:42
210
“Sabah”ın zədəli oyunçusu yaşıl meydana nə zaman qayıdır?  - Klubdan İDMAN.BİZ-ə AÇIQLAMA

Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Qarabağ”la cavab görüşündə (1:0) üz sümüyü sınan “Sabah”ın futbolçusu Coy-Lens Mikelsin durumuna aydınlıq gəlib.

Klubun sözçüsü Elnur Həmidov İdman.Biz-ə bildirib ki, 32 yaşlı oyunçu cərrahi müdaxiləyə ehtiyac duyub.

“O, artıq əməliyyat olunub. Hazırda vəziyyəti stabildir. Zədə ciddi xarakter daşımır və futbolçunun yaxın müddətdə yaşıl meydanlara qayıtması gözlənilir”, - deyə o, açıqlamasında söyləyib.

Qeyd edək ki, Coy-Lens Mikels bu mövsüm “Sabah”ın heyətində keçirdiyi 32 rəsmi matçda 26 qol və 10 məhsuldar ötürmə ilə komandanın ən məhsuldar oyunçularından biri olub.

İdman.Biz