AFFA “Sumqayıt”ı 12500 manat cərimələdi

29 Aprel 2026 15:56
154
AFFA “Sumqayıt”ı 12500 manat cərimələdi

AFFA “Sumqayıt”ı 12500 manat cərimələyib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar qəbul edib.

Azərbaycan Premyer Liqasının 29-cu turun “İmişli” - “Sumqayıt” oyununda qonaqların formasında qüsurlar olması səbəbindən matçın gec başladığına görə “Sumqayıt” komandası 1500 manat, azarkeşləri tərəfindən futbolçularının ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə dördüncü dəfə təkrarlandığına görə 8000 manat, azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sumqayıt” komandası 3000 manat cərimə olunub.

“İmişli”də isə 5 nəfər sarı vərəqə aldığı üçün komanda 700 manat cərimələnib.

Həmçinin “Sabah” - “Karvan-Yevlax” qarşılaşmasının 64-cü dəqiqəsində meydan sahiblərinin 10 nömrəli futbolçusu Aleksey İsayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq diskvalifikasiya, “Sabah” komandası isə 1000 manat cərimə edilib. Masazır təmsilçisi matç bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə 6500 manat ziyana düşüb.

Həmçinin qarşılaşmanın 36-cı dəqiqəsində “Karvan-Yevlax” komandasının 19 nömrəli futbolçusu Qavi Tompson ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb, komanda isə 500 manat cərimələnib.

Bundan başqa, “Şamaxı” - “Kəpəz” oyununda qonaqların komandasında 5 nəfər sarı vərəqə aldığı üçün Gəncə klubu 700 manat cərimə edilib.

İdman.Biz
Məqalədə: