“Neftçi” - “Qarabağ” oyunu ilə bağlı cəzalar açıqlanıb

29 Aprel 2026 15:50
136
“Neftçi” - “Qarabağ” oyunu ilə bağlı cəzalar açıqlanıb

“Neftçi” klubu 13 min manat cərimələnib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna Misli Premyer Liqasının 29-cu turunda “Qarabağ”la oyunda yaşananlar səbəb olub.

Matçın 90+3-cü dəqiqəsində komandanın azarkeşləri tərəfindən meydana kənar əşyalar atılıb. Bu hal cari mövsümdə altıncı dəfə təkrarlandığına görə “ağ-qaralar” 5000 manat ödəyəcək.

Bundan əlavə, fanatlar kütləvi şəkildə təhriqamiz ifadələr səsləndirdikləri üçün klubu 8000 manat ziyana salıblar. Bu hal mövsümdə səkkizinci dəfə yaşanıb.

“Qarabağ” isə tərəfdarların pirotexniki vasitədən istifadəsinə görə 7000 manat cərimələnib.

İdman.Biz
Məqalədə: