Peşəkar Futbol Liqası Misli Premyer Liqasında çıxış edən “Turan Tovuz” haqqında xüsusi reportaj hazırlayıb.
İdman.Biz xəbər verir ki, videoreportaj 29-cu tur çərçivəsində “Zirə” ilə keçirilən və 1:1 hesabı ilə başa çatan oyundan sonra lentə alınıb.
Materialda bölgə klubunun uzun fasilədən sonra avrokuboklara vəsiqə əldə etmək şansının artdığı vurğulanır.
Eyni zamanda reportajda “Turan Tovuz”un sadiq azarkeşlərinin fikirlərinə də yer verilib.
