Mixail Mudrik dörd il müddətinə diskvalifikasiya edilib

29 Aprel 2026 19:40
179
Mixail Mudrik dörd il müddətinə diskvalifikasiya edilib

İngiltərənin “Çelsi” futbol komandasının və Ukrayna millisinin üzvü Mixail Mudrik dopinq qalmaqalı ilə üz-üzə qalıb. Futbolçunun orqanizmində qadağan olunmuş maddə aşkarlandığı üçün o, dörd il müddətinə yaşıl meydanlardan kənarlaşdırılıb.

İdman.Biz xəbər verir ki, əgər 22 yaşlı yarımmüdafiəçi İdman Arbitraj Məhkəməsinə (CAS) etdiyi müraciətdən müsbət cavab almasa, onun cəzası 2028-ci ilin dekabr ayına qədər qüvvədə qalacaq. Bu müddət ərzində Mixail Mudrik həm klub, həm də milli komanda səviyyəsində heç bir rəsmi turnirdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, qərar yekunlaşana qədər oyunçunun peşəkar futbol fəaliyyəti tamamilə dayandırılıb. Hazırda futbolçunun hüquqşünasları cəzanın azaldılması və ya ləğv edilməsi üçün müvafiq sənədləri hazırlayır.

İdman.Biz