İspaniya Sequndasının 37-ci turu çərçivəsində keçirilən “Ueska” ilə matçda rəqib futbolçu Xorxe Pulidonu üzündən vuran “Saraqosa”nın qapıçısı Esteban Andradanın cəzası məlum olub.
İdman.Biz xəbər verir ki, İspaniya Futbol Federasiyasının rəsmi saytında yer alan məlumata görə, futbolçu ümumilikdə 13 oyunluq diskvalifikasiya edilib. Andrada iki sarı vərəqə aldığı üçün bir, rəqibə hücum etdiyi üçün isə əlavə 12 matçlıq cəzaya məruz qalıb.
