Paulo Dibala “Boka Xuniors”da

29 Aprel 2026 20:49
144
Paulo Dibala “Boka Xuniors”da

Argentinanın “Boka Xuniors” futbol komandası səs-küylü transferə hazırlaşır. İtaliyanın “Roma” klubunun hücumçusu Paulo Dibala ilə Argentina təmsilçisi arasında artıq şifahi razılıq əldə olunub.

İdman.Biz xəbər verir ki, 32 yaşlı hücumçunun bu yay azad agent statusu ilə komandaya qoşulacağı gözlənilir. Uzun illər İtaliya A Seriyasında çıxış edən ulduz futbolçunun yenidən vətəninə qayıtmaq qərarı azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Paulo Dibala karyerası ərzində “Palermo” və “Yuventus” kimi klubların da formasını geyinib.

İdman.Biz