Almaniya Bundesliqası və “Adidas”dan 100 milyon avroluq müqavilə

29 Aprel 2026 20:32
156
Almaniya Bundesliqası və “Adidas”dan 100 milyon avroluq müqavilə

Almaniya Futbol Liqası (DFL) uzunmüddətli əməkdaşlıq çərçivəsində “Adidas” şirkətindən 100 milyon avro (təxminən 200 milyon AZN) məbləğində kredit alıb.

İdman.Biz xəbər verir ki, aprelin 28-də təsdiqlənən sövdələşmə DFL-in icraiyyə komitəsi tərəfindən yekdilliklə qəbul edilib. Əldə olunan razılaşmaya əsasən, rəsmi top tədarükü ilə bağlı əvvəlcə 2026-2030-cu illəri əhatə edən müqavilə daha dörd il - 2034-cü ilə qədər uzadılıb.

Növbəti mövsümdən etibarən “Adidas”ın rəsmi topları Bundesliqa, İkinci Bundesliqa, Frans Bekkenbauer Superkuboku, Bundesliqaya vəsiqə uğrunda pley-off oyunları və yeni yaradılan U21 liqasında istifadə olunacaq.

DFL prezidenti Hans-Yoahim Vatske bu tərəfdaşlığın əhəmiyyətini vurğulayıb:

“Bu tərəfdaşlıq liqa üçün böyük məna kəsb edir və futboldan kənara çıxan bir nümunədir. “Adidas” və DFL alyansı Almaniya peşəkar futbolunun müsbət gələcəyinə töhfə verəcək”.

İdman.Biz