“Bavariya”nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının yarımfinal mərhələsində PSJ qarşı keçirilən ilk oyundan(5:4) sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, yerli KİV-ə açıqlama verən qolkiper rəqibin gücünü və bəxtsizliyi vurğulayıb.
“Hamı vurulan qolları gördü. Onları dəf etmək çətin idi. İki epizodda topa çox yaxın idim, hətta toxuna bildim. Rəqib çox güclü oynadı, bizə isə bir az bəxt çatmadı”, – deyə qapıçı bildirib.
Münhen və Paris klubları arasında cavab oyunu gələn həftə Almaniyada keçiriləcək.
