İngiltərənin "Mançester Siti" klubunun qolkiperi Ceyms Trafford Premyer Liqanın digər təmsilçisi "Mançester Yunayted"ə keçməyəcək.
İdman.Biz xəbər verir ki, qolkiper karyerasını başqa çempionatda davam etdirməyə üstünlük verir.
Yayda "şəhərlilər"i tərk edəcəyi gözlənilən ingiltərəli qapıçı daha çox oyun təcrübəsi qazanmaq niyyətindədir. Hazırda o, komandada Canluici Donnarumma ilə rəqabət səbəbindən kifayət qədər şans qazana bilmir.
Futbolçunu İtaliyanın "Yuventus" klubu yaxından izləyir. Turin təmsilçisi 22 yaşlı qapıçı üçün təxminən 20 milyon avro ödəməyə hazırdır. Həmçinin qolkiper İngiltərənin daha iki klubu - "Aston Villa" və "Nyukasl"ın da maraq dairəsindədir.
