“Bavariya”nın dörd və “Real Madrid”in beş oyunçusu, komandalarının yarışın növbəti mərhələsinə keçəcəyi təqdirdə, sarı vərəqələrin çoxluğu səbəbindən Çempionlar Liqasının yarımfinalının ilk oyununu buraxa bilərlər.
İdman.Biz bildirir ki, komandalar arasında Çempionlar Liqasının dörddəbir finalının cavab oyunu bu gecə “Arena Munich”də keçiriləcək. İlk oyun 2:1 hesabı ilə “Bavariya”nın xeyrinə qurtarıb.
“Bavariya”nın qapıçısı Manuel Noyer, müdafiəçilər Deotşankul Upamekano və Conatan Ta, eləcə də yarımmüdafiəçi Konrad Laymer cəzalı vəziyyətdədirlər.
“Real Madrid”in müdafiəçiləri Din Heysen və Alvaro Karreras, yarımmüdafiəçi Cud Bellingem, hücumçular Vinisius Junior və Kilian Mbappe də cəzalı vəziyyətdədirlər.
