“Real Madrid”in keçmiş oyunçusu Xose Santamaria 96 yaşında vəfat edib.
İdman.Biz bu barədə klubun rəsmi saytına istinadən bildirir.
Santamaria Montevideoda anadan olub və yerli “Nasional” klubunun yetirməsidir. O, 1957-ci ildə “Los Blancos”a qoşulub və 1966-cı ildə oyunçu karyerasının sonuna qədər orada oynayıb. Santamaria beş dəfə Uruqvay çempionluğunu, altı dəfə İspaniya çempionluğunu, dörd dəfə Avropa Çempionları Kubokunu, hər biri bir dəfə Qitələrarası Kubok və Kral Kubokunu qazanıb.
Məşqçi kimi Santamaria “Espanyol” və İspaniya milli komandasında çalışıb.
