“Çelsi” “Nyukasl”ın sol cinah müdafiəçisi Luis Holla maraqlanır. Oyuçunu “Arsenal” da izləyir.
İdman.Biz bu barədə "Caught Offside”a istinadən məlumat verir.
Mənbənin məlumatına görə, 21 yaşlı futbolçunun müqaviləsində vaxtından əvvəl xitam verilməsi bəndi yoxdur. Hər hansı potensial danışıqlar 50-55 milyon funt sterlinq (57,5-62,5 milyon avro) arasında başlayacaq, lakin bir neçə klub oyunçu üçün yarışa qatılarsa, “Sağsağanlar” daha çox pul istəyəcəklər.
Bu mövsüm Hol bütün yarışlarda 42 oyunda iştirak edib, bir qol vurub və iki məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 35 milyon avrodur.
