Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
İdman.Biz xəbər verir ki, səfərdə Andorra ilə üz-üzə gələn Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv 3:1 hesablı qələbə qazanıb.
Yığmanın heyətində Sevinc Cəfərzadə (15, 51) dubl müəllifi olub. Esra Manya (90+5) isə millinin üçüncü qolunu vurub.
Qarşılaşma “Andorra la Vella” stadionunda keçirilib.
Daha əvvəl Macarıstana uduzan yığma (0:1) Şimali Makedoniyanı (2:0) məğlub edib.
Xatırladaq ki, Azərbaycan millisi hazırda C Liqasının 3-cü qrupunda 6 xalla ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın 7, üçüncü sıradakı Şimali Makedoniyanın 3, sonuncu pillədəki Andorranın 1 xalı var
09:14
Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.
İdman.Biz xəbər verir ki, baş məşqçi Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda səfərdə Andorra yığması ilə qarşılaşacaq.
Oyun “Andorra la Vella” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, millimiz bundan əvvəl Macarıstana minimal hesabla (0:1) uduzub, daha sonra isə Şimali Makedoniyanı 2:0 hesabı ilə məğlub etməyi bacarıb.
Qeyd edək ki, Azərbaycan millisi hazırda C Liqasının üçüncü qrupunda 3 xalla ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın 4, üçüncü sıradakı Şimali Makedoniyanın 3, sonuncu pillədəki Andorranın 1 xalı var.
