“Çelsi”nin və İngiltərə millisinin keçmiş müdafiəçisi Con Terri İngiltərənin 2-ci Liqasında çıxış edən “Kolçester Yunayted”in səhmlərini ala bilər.
İdman.Biz bu barədə The Sun-a istinadən bildirir.
Mənbənin məlumatına görə, müqavilənin dəyəri 14 milyon funt sterlinqdir və danışıqlarda konsorsium da iştirak edir. Qeyd olunur ki, keçmiş futbolçu klub rəhbərliyi daxilində strateji qərarlara əhəmiyyətli dərəcədə təsir göstərəcək. Məlumata görə, Terri İngiltərə peşəkar futbolunun aşağı səviyyələrindən bir komanda inkişaf etdirməkdə çox maraqlıdır və artıq bir neçə dəfə Esseks klubunun məşq kompleksinə baş çəkib.
“Kolçester Yunayted” hazırda 2-ci Liqada 13-cü yerdədir.
