“Liverpul”un hücumçusu Məhəmməd Salah Çempionlar Liqasının dörddəbir finalının “Enfild”də PSJ ilə cavab oyununun 30-cu dəqiqəsində meydana daxil olub.
İdman.Biz bildirir ki, Misir millisinin üzvü zədəli hücumçu Uqo Ekitikeni əvəzləyib.
Fransız futbolçu ayağa qalxa bilmədiyi üçün meydandan xərəklə çıxarılıb.

