Qavi dirsəyi ilə Ruccerinin qaşını partladıb - FOTO

15 Aprel 2026 00:49
179
Qavi dirsəyi ilə Ruccerinin qaşını partladıb

“Barselona”nın yarımmüdafiəçisi Qavi “Atletiko Madrid”in müdafiəçisi Matteo Ruccerini zədələyib.

İdman.Biz bildirir ki, “blauqrana”nın oyunçusu top uğrunda mübarizə apararkən dirsəyi ilə Ruccerinin qaşını partladıb.

Hadisə klublar arasında 2025/26 mövsümünün UEFA Çempionlar Liqasının dörddəbir finalının ikinci oyununda baş verib. Oyun Madriddəki “Civitas Metropolitano” stadionunda keçirilir.

İdman.Biz