“Bavariya” 19 yaşlı “Bayer Leverkuzen”in hücumçusu Kristian Kofaneyə maraq göstərir.
İdman.Biz bu barədə jurnalist Kristian Falka istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Münhen klubu bu yay Harri Keynin yerini tuta biləcək hücumçu axtaracaq. “Bavariya” Nikolas Ceksonla müqaviləsini davam etdirməyəcək. Lakin alman nəhəngi “Arsenal”la ciddi rəqabətdən ehtiyat edir.
Kofane bu mövsüm bütün turnirlərdə 41 oyunda meydana çıxıb, yeddi qol vurub və səkkiz məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 40 milyon avrodur.
