“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 32-ci turunda “Lids Yunayted”ə 2:1 hesabı ilə məğlub olub.
İdman.Biz xəbər verir ki, bu, “qırmızı şeytanlar”ın 1981-ci ildən bəri “Old Trafford”da ilk liqa məğlubiyyəti olub.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasında 1981-ci ilin fevralında evdə Yorkşir komandasına 1:0 hesabı ilə uduzmuşdu. Həmin mövsüm “Mançester Yunayted” turnir cədvəlində səkkizinci, “Lids Yunayted” isə doqquzuncu yerdə qərarlaşmışdı.
Premyer Liqanın 32-ci turundan sonra “Mançester Yunayted” 55 xalla turnir cədvəlində üçüncü yerdədir. “Lids” 36 xalla 15-ci yerdədir.
