“Əl-Nəsr”in və Portuqaliya millisinin 41 yaşlı hücumçusu Kriştianu Ronaldu 2030-cu il dünya kubokunda iştirak etmək ehtimalı barədə danışıb.
İdman.Biz bildirir ki, 2030-cu dünya çempionatına ev sahibliyi edən ölkələrdən biri də Portuqaliya olacaq.
“Mən 2030-cu il dünya çempionatında oynamaq imkanından əl çəkməmişəm. 41 yaşımda hər həftə qol vururam, ona görə də bəlkə daha dörd il oynaya bilərəm”, - deyə DAZN sosial mediada Ronaldunun sözlərini sitat gətirib.
2030-cu il dünya çempionatı 6 ölkədə keçiriləcək: Uruqvay, Argentina və Paraqvay açılış matçlarına ev sahibliyi edəcək, turnirin əsas hissəsi isə İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Portuqaliyanın dünya çempionatında hazırkı ən yaxşı nəticəsi 1966-cı ildə üçüncü yerdir.
