ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi DÇ-2026-da öz millilərinə ən çox futbolçu göndərən klub “Mançester Siti”dir.
İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqası təmsilçisi mundiala 19 oyunçu göndərəcək. Bu göstərici üzrə “Mançester Siti” bütün klubları qabaqlayır.
Siyahıda növbəti yerləri 18 futbolçu ilə "Bavariya", 16 oyunçu ilə "Arsenal" və PSJ tutur. "Barselona" 14, "Mançester Yunayted" və "Kristal Pelas" isə hərəyə 13 futbolçu ilə mundialda təmsil olunacaq. Həmçinin "Atletiko"nun 12, "Əl-Hilal", "Əl-Nəsr", Dortmund "Borussiya"sı, "Qalatasaray" və "Liverpul"un hər birinin 11, "Milan", PSV, "Real Madrid" və "Slaviya"nın isə 10 futbolçusu dünya çempionatında iştirak edəcək.
ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi DÇ-2026-da 48 milli komanda mübarizə aparacaq. Turnirdə ümumilikdə 1248 futbolçu iştirak edəcək.
Dünya çempionatı 11 iyun – 19 iyul 2026-cı il tarixlərində keçiriləcək.
