“Komo”nun yarımmüdafiəçisi Niko Pas Argentinanın dünya çempionatındakı heyətinə daxil olmaya bilər.
İdman.Biz bu barədə Footmercato-ya istinadən məlumat verir.
A Seriyasının 36-cı turunda “Verona” üzərində 1:0 hesablı qələbə qazanılan oyunda aldığı diz zədəsi əvvəlcə gözləniləndən daha ciddi olub. Bu, Pasın uzun müddət oynaya bilməyəcəyini və onun yerinə “Aston Villa”nın yarımmüdafiəçisi Emiliano Buendíanın milli komandaya çağırıla biləcəyini göstərib.
Pas 2025/2026 mövsümündə A Seriyasında 35 oyun keçirib, 12 qol vurub və altı məhsuldar ötürmə edib. O, əvvəllər Argentinanın DÇ-2026-da start heyətində yer alacaq oyunçu hesab olunurdu.
