ESPN DÇ-2026-nın ən yaxşı gənc futbolçuların reytinqini tərtib edib

3 İyun 2026 21:57
71
ESPN DÇ-2026-nın ən yaxşı gənc futbolçuların reytinqini tərtib edib

ESPN 2026-cı il dünya çempionatında iştirak edəcək ən yaxşı 21 yaşadək futbolçuların siyahısını dərc edib.

İdman.Biz bildirir ki. siyahıya İspaniya yığmasının hücumçusu Lamin Yamal başçılıq edir.

ESPN-in DÇ-2026 üçün ən yaxşı 10 gənc futbolçunun tam siyahısı aşağıdakı kimidir:

Lamin Yamal (18 yaş, İspaniya).
Arda Gülər (21 yaş, Türkiyə).
Joao Neveş (21 yaş, Portuqaliya).
Pau Kubarsi (19 yaş, İspaniya).
Niko Pas (21 yaş, Argentina).
Dezire Due (21 yaş, Fransa).
Kənan Yıldız (21 yaş, Türkiyə).
Uorren Zair-Emeri (20 yaş, Fransa).
Lenart Karl (18 yaş, Almaniya).
Yann Diomande (19 yaş, Fil Dişi Sahili).

DÇ-2026-nın final mərhələsində qırx səkkiz komanda mübarizə aparacaq. Yarış 2026-cı il 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

İdman.Biz