“Leypsiq”in futbolçusu seçim qarşısında qalıb

4 İyun 2026 10:48
94
“Leypsiq”in futbolçusu seçim qarşısında qalıb

Almaniyanın “Leypsiq” futbol komandasının Kot-d’İvuardan olan cinah hücumçusu Yan Diomande PSJ-yə mümkün keçidi ilə bağlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, futbolçu “Telefoot”a açıqlamasında Fransa təmsilçisinə xüsusi rəğbət bəslədiyini bildirib.

“PSJ uşaqlıqdan sevdiyim komandadır. Atam PSJ-ni dəstəkləyir. Mən də bir futbol azarkeşi kimi bu komandaya heyranam”, - deyə Diomande söyləyib.

19 yaşlı futbolçu Paris klubunda oynamaq ehtimalını da istisna etməyib:

“Parisə gəlib ən böyük klublardan birində oynamaq mənim üçün xoş olardı. Burada fransızca danışılır, ona görə uyğunlaşmağın çətin olacağını düşünmürəm. Niyə də olmasın?”

Diomande gələcəyi ilə bağlı qərarın Dünya Çempionatından sonra veriləcəyini vurğulayıb. O, əsas diqqətinin mundiala yönəldiyini, daha sonra klubların öz aralarında məsələni həll edəcəyini deyib.

Məlumata görə, “Liverpul” və PSJ futbolçunu yay transfer pəncərəsi üçün əsas hədəflərdən biri hesab edir. “Goal”un yazdığına görə, PSJ Diomande üçün danışıqları intensivləşdirib, “Leypsiq” isə müqaviləsi 2030-cu ilədək davam edən futbolçuya görə təxminən 100 milyon avro (200 milyon AZN) tələb edə bilər.

Qeyd edək ki, Diomande 2025/2026 mövsümündə Bundesliqanın ən diqqətçəkən gənc futbolçularından biri olub. O, mövsümdə 33 oyunda 12 qol və səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz