İspaniyanın “Barselona” futbol komandasının yarımmüdafiəçisi Mark Kasadonun Fransanın “Monako” futbol klubuna transferi gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, italiyalı insayder Nikolo Skiranın məlumatına görə, 22 yaşlı futbolçu “Monako”ya 23 milyon avro (46 milyon AZN) qarşılığında keçməyə yaxındır.
İddiaya əsasən, Kasado yeni klubu ilə 2031-ci ilədək müqavilə imzalayacaq. “Barselona” isə futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 20 faizini özündə saxlayacaq.
Kasado “Barselona” akademiyasının yetirməsidir. Kataloniya təmsilçisinin rəsmi məlumatına görə, onun klubla müqaviləsi 2028-ci ilin 30 iyununadək qüvvədədir.
Xatırladaq ki, La Masiyanın digər bir yetirməsi - Ansu Fati də 2025-ci ildən icarə əsasında “Monako”da oynayır.
