İngiltərə millisinin sabiq müdafiəçisi Kayl Uoker DÇ-2026 öncəsi komandanın müdafiə xəttini tənqid edib.
İdman.Biz xəbər verir ki, hazırda “Milan”da icarə əsasında oynayan müdafiəçi millinin arxa xəttinin etibarlılığına şübhə ilə yanaşdığını bildirib.
"Əgər müdafiə xəttinə baxsaq, heç kim həqiqətən çox yüksək səviyyəli oyun nümayiş etdirməyib. Belə müdafiəyə güvənməyin mümkün olub-olmadığını bilmirəm. Bəzi futbolçularla bağlı şübhələrim var, amma mən baş məşqçi deyiləm. Şou və Maquayr ötən mövsüm əla çıxış etdilər, lakin onları dünya çempionatına aparmadılar. Düşünürəm ki, bu futbolçular mundiala getməli idilər", - deyə Uoker bildirib.
Qeyd edək ki, İngiltərə millisi dünya çempionatının qrup mərhələsində Xorvatiya, Qana və Panama yığmaları ilə qarşılaşacaq.
